Haqqımızda

"Rahat Kredit" Lombard şəbəkəsi 2015-ci ildən fəaliyyətini başlayıb. Fəaliyyət göstərdiyimiz müddət ərzində bütün müraciətlərə eyni hüquqi əsaslarla, ən qısa zamanda və tam olaraq məsuliyyətlə baxılmışdır.Göstərdiyimiz xidmətlərin nəticəsi olaraq müştərilərimizin inamını qazanmaq bizim üçün xüsusi dəyərə malikdir. Lombard “Rahat Kredit” filiallarında müştərilərə ən rahat şərtlərlə geniş çeşidli lombard xidmətləri təqdim edilir. Müştərilərin girov qoyduğu zinət əşyaları etibarlı şəkildə qorunur və onlara tamamilə rahat, güvənlə etibar edə biləcəkləri mühit yaradılır. Hazırda dörd filiallarımız fəaliyyət göstərir. Bizim lombarda siz qızıl və daşınar əmlak girovu ilə tez bir zamanda kredit ala bilərsiz. Qirovların qiymətləndirilməsi peşəkar əməkdaşlar tərəfindən aparılır.

Qızıl girovu ilə kredit

Kreditin alınması prosesi yalnız şəxsiyyət vəsiqəsi ilə həyata keçirilir. Kredit zamanı müştərilərə verilən pul təqdim olunan qızılın 100%-i həcmində müəyyən olunur. Lombardin əməkdaşları sizin girovun qiymətləndirilməsini aparirlar. Maksimal verilə biləcək kreditin məbləğini sizə deyirlər. Girov bileti ve müqavilə imzalanır. Əsas və faiz borcu bağlanan kimi girovu dərhal götürmək imkanları mövcuddur.

Daşınar əmlak girovu ilə kredit

Kreditin alınması prosesi yalnız şəxsiyyət vəsiqəsi ilə həyata keçirilir. Daşınar əmlakın hüquqi sənədləri yoxlanilir. Daşınar əmlakın bazar qiyməti müəyyən olunur. Maksimal verilə biləcək kreditin məbləği təyin edilir. Sənədləşdirmə aparılır. Əsas və faiz borcu bağlanan kimi girovu dərhal götürmək imkanları mövcuddur.

375

0 AZN

583

0 AZN

585

0 AZN

750

0 AZN

875

0 AZN

916

0 AZN

958

0 AZN

999

0 AZN

0 AZN

Filiallar

Baş ofis: Bakı şəhəri, Atatürk prospekti 56. Telefon: (070/055) 549- 65- 60 / (050/070) 549- 66- 60